Bu gün Laçın rayon 37 saylı tam orta məktəbinin 4-cü sinif şagirdləri Heydər Əliyev Mərkəzində oldular.
Öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən azyaşlılar daha sonra Heydər Əliyev Mərkəzində eksponatlarla tanış oldular.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat alan şagirdlər daha sonra dahi liderimizə həsr olunmuş şeirlər söylədilər.