Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib

3Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbində Gənc Heydərçilərə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş açıq dərs keçirilmişdir.

08 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun rəhbəri Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Fariz Bünyatov Ağcabədi şəhər 1 saylı tam orta məktəbində oldular. Ulu öndərimizə həsr olunmuş sərgi ilə tanışlıqdan sonra məktəbin direktoru Səadət Kazımova Gənc Heydərçilərə uğurlar arzuladı. Sonra Eldəniz Qənbərov Ümummilli liderimizin anım gününə həsr olunmuş dərsi açıq elan etdi. O, əbədiyaşar liderimiz Heydər Əliyevin sarsılmaz  siyasəti haqqında, onun Azərbaycançılıq ideologiyası haqqında, xüsusən dövlət gənclər siyasəti ilə bağlı şagirdləri məlumatlandırdı. 

Daha sonra söz Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musaya verildi. O, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdi. Diskussiya şəklində keçən dərsdə məktəblilərin Ulu öndərimizin siyasətinə sadiq olduqlarını, bu siyasətin uğuruna ürəkdən inandıqlarını aydın hiss etmək olurdu. Sonda məktəbin rəhbərliyi və Gənc Heydərçilər  “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği qrupu”nun  fəaliyyəti ilə bağlı bir neçə təklif irəli sürdülər ki, növbəti dərslərdə bu təkliflər də nəzərə alınacaqdır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma