Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq 08 dekabr 2015-ci il tarixdən etibarən rayon ümumtəhsil məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlandı.
Gün: 09 Dekabr 2015
Ağcabədi Pedoqoji Kollecinin tələbələri Heydər Əliyev Mərkəzində olublar
Ulu Öndər Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 09 dekabr 2015-ci il tarixdə Ağcabədi Pedoqoji Kollecinin 806-cı qrup tələbələri Mərkəzimizə ekskursiya etdilər.
Tələbələr əvvəlcə foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Daha sonra ekspozisiya zalında tələbələrə Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.