YAP Ağcabədi rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir

13Dekabr ayının 10-da YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə anım tədbiri keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir YAP Ağcabədi rayon təşkilatının iclas zalında davam etdi. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Rövşən Əhmədov çıxışında Heydər Əliyevin həyatı və əmək fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə məlumat verdi. Natiq qeyd etdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına sədaqətlə xidmət etmiş dahi bir şəxsiyyət olmuşdur. İstər Sovetlər dönəmində, istərsə də Azərbaycan xalqının təkidi ilə Dövlətçiliyimizin və xalqımızın ağır dövründə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xalqını və millətini sevən bir Lider, uzaqgörən siyasətçi kimi O, Azərbaycanı çətin durumdan çıxararaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. Ümummili Lider siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, qətiyyətli və uzaqgörənliyi ilə dünya siyasətinə təsir etmək qabiliyyətinə malik bir şəxsiyyət olduğunu sübut etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız Ulu Öndəri daim minnətdarlıq hissi ilə xatırlayır və onun əziz xatirəsini uca tutur.

YAP Ağcabədi rayon təşkilatı Ulu Öndərin xatirəsini əziz tutaraq iki il öncə hər il bütün ilk təşkilatlar onun anadan olmasının ildönümünün sayı qədər ağac əkmək təşəbbüsü irəli sürmüşdür. Bu müddət ərzində təşəbbüsə qoşulan ilk təşkilatlar tərəfindən 22 mindən çox həmişəyaşıl ağac əkilmişdir.

Ümummilli Lider Heydər Əliyevin ideyaları bu gün onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamız həm iqtisadiyyat sahəsində, həm mədəni quruculuq sahəsində böyük uğurlar qazanmış, Ölkəmiz Beynəlxalq aləmdə tanınmış, nüfuzu artmışdır. Azərbaycan BMT-nin qeyri daimi üzv seçilmiş, Ölkəmiz 1-ci Avropa oyunları kimi möhtəşəm idman oyunlarına ev sahibliyi etmişdirdir.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Nərminə Əkbərova, Ağcabədi rayon ziyalılar cəmiyyətinin sədri Əlizadə Nəcəfov çıxış edərək qeyd etdilər ki, bu gün ölkəmiz Heydər Əliyev siyasətinin ideyaları ilə yeni uğurlara imza atır. Onun başladığı siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsi, Azərbaycanın Beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə uğur qazanmaq üçün stimul olmuşdur. Məhz bu xidmətlərinə görə zalqımız bu müdrik insanı heç vaxt unutmayacaqdır.

Tədbirin sonunda iştirakçılara Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma