Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi rayonunda ümumrayon tədbiri keçirilmişdir

d726c6b61df8ce12c17c60e2c299a10a

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan    fəaliyyət və müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli–mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Ulu Öndərin bənzərsiz ömür yolu, gərgin   ictimai-siyasi   fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir.

2003-cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur.      Ona görə ki, azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi bir insanı  son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 12 il ötür. Azərbaycanda, istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.

12 dekabr  2015-ci il tarixdə saat 10:30–da Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi rayonunun Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə ümumrayon tədbiri keçirilmişdir.

İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himni səslənmiş, sonra isə rayonun axundu Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxumuşdur.

Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş və Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Şəxsiyyət” sənədli filminə baxmışlar.

11000-dən çox   insanın iştirak etdiyi anım mərasimində rayon sakinləri Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə – tər qərənfillər düzərək, abidəsi önündə ehtiramla baş əyərək, Onun əziz xatirəsini hörmətlə yad etmişlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma