15 dekabr 2015-ci il tarixdə S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində oldular.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizin Ağcabədiyə səfərlərini əks etdriən sərgi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.