Bu gün Heydər Əliyev Mərkəzində Yeni il və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi.
“Ağcabədi Günərzi Qayğı Mərkəzi” ilə birgə təşkil olunan tədbir Dövlət himnin səsləndirilməsi ilə açıq elan olundu. Giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva qonaqları qarşıdan gələn yeni il və həmrəylik günü münasibətilə təbrik etdi və bu kimi tədbirlərin davamlı olacağını söylədi. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Gündüz Sevindik və “Günərzi Qayğı Mərkəzi”nin direktoru Aytən Abışova çıxış edərək balacalara uğurlar arzuladılar.
Tədbirdə “Günərzi Qayğı Mərkəzi”nin şagirdlərinin ifasında şeir və rəqs nömrələri canlandırıldı. Eyni zamnada, “Uşaq musiqi məktəbi”nin şagirdlərinin ifasında səslənən “Həyati rəqs” qonaqlarda xoş təəssürat yaratdı.
Sonda qonaqlar “Günərzi Qayğı Mərkəzi”nin şagirdlərinin əl işləri sərgisi ilə tanış oldular. Qeyd edək ki, sərgidə 90-a yaxın rəsm və əl işləri nümunəsi nümayiş etdirildi. Balacaların hazırladığı bir-birindən maraqlı əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.