Dekabr ayının 24-də Şəhər 9 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində oldular.
Heydər Əliyev Mərkəzinə ziyarət edən şagirdlər foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.