25 yanvar 2016-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Gənc Mədəniyyət işçilərinin koordinasiyası kreativ qrupunun üzvlərinin toplantısı keçirilmişdir. Toplantıda Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, qrupun Ağcabədi rayon üzrə koordinatoru Lamiyə İsmayılova, Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzinin konsertmeysteri Gündüz Nəcəfov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova və başqa gənc mədəniyyət işçiləri iştirak edib.
Toplantı iştirakçıları mədəniyyət sahəsində ictimai-siyasi tədbirlərin, ədəbi-bədii kompozisiyalarının, tamaşaların, əlamətdar günlərdə keçirilən tədbirlərin, eləcə də Mərkəzləşdirilmiş Kitabxana Sisteminin iş prinsipinin düzgün və müasir tələblərə uyğun qurulması istiqamətində söhbətlər apararaq, bir sıra yeni təkliflər irəli sürdülər.