Bu gün Ə.Alıyev adına şəhər 12 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə tər – çiçək dəstələri qoyaraq Onun əziz xatirəsini yad etdilər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.