Heydər Əliyev Mərkəzi və “Ələk” ədəbi məclisinin təşkilatçılığı ilə şair Gündüz Sevindiyin yeni kitabının təqdimatı keçirilib

13826 yanvar 2016-cı il tarixdə saat 15:00-da Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, eləcə də, “Ələk” ədəbi məclisinin üzvü, şair Gündüz Sevindiyin yeni çapdan çıxmış “Yuxundakı Dünya” adlı kitabının təqdimetmə mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru və  “Ələk” ədəbi məclisinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü  Məhsəti Musa  Gündüz Sevindiyin “Yuxundakı Dünya” adlı şeirlər kitabını oxuculara və tədbir iştirakçılarına təqdim etmişdir. O qeyd etmişdir ki, yanvar ayında “Ələk” ədəbi məclisinin yaradılmasının iki ili tamam olur və bu kitabın təqdimat mərasimini də “Ələk” ədəbi məclisinin 2 yaşına bir hədiyyə kimi qəbul etmək olar.

Daha sonra tədbirdə çıxış edənlər – Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən  şair Yusif Kamal, şair Zahid Eloğlu, Adil Misirli, yazıçılardan Tahirə İsaqızı, Teymur Muğanlı, Şirxan Aranlı, Respublikanın əməkdar müəllimi Zəhra İbrahimova, Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi rayon filialının müəllimi, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Tahir Kərimli, Ağcabədi Pedoqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi rayon  Tarix-diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova, gənc şair Xəzangül Qədimli çıxış edərək şairi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları arzulanmışdır.

Ağcabədi Pedoqoji Kollecin tələbəsi Şamama Qəhrəmanova, şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülər İsmayılova və tədbirin azyaşlı fidanı Gilas şairin yaradıcılığından müxtəlif şeirlər səsləndirmişlər.

Sonda söz tədbirin səbəbkarı şair Gündüz Sevindiyə verilmişdir. Gündüz Sevindik tədbir iştirakçılarına, habelə təşkilatçılıq işinə görə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə  sonsuz təşəkkürünü bildirmiş və öz yaradıcılığından müxtəlif nümunələr səsləndirmişdir.

Tədbirin sonunda şair imzalı kitablarını öz oxucularına hədiyyə etmiş və xatirə şəkilləri çəkilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma