Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi

1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident Heydər Əliyevin imzaladığı fərmana uyğun olaraq 26.02.2016-cı il tarixdə Ağcabədi rayonunda Xocalı soyqrımı qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

2025 fevral 2016-cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzinin binasının qarşısında açıq havada sərgi təşkil edilib. Gün ərzində davam edən sərgi zamanı vətənpərvərlik və döyüş ruhlu musiqilərin sədası altında Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Xocalı harayı” adlı müsabiqədə iştirak edən şagirdlərin çəkdiyi rəsmlər, faciəni əks etdirən fotoşəkillər sərgilənib.

Müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, tələbələr, şəhər əhalisi sərgi ilə tanış olduqdan sonra “Soyqırımlarına son!” şüarı yazılmış lövhəyə imzalarını atmışlar.

Oxumağa davam et

Yeni Qaradolaq kənd məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

DSCN428225 fevral 2016-cı il tarixdə M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzində oldular.

Məktəblilər əvvəlcə Mərkəzin önündə Xocalı soyqırımına həsr olunmuş sərgi ilə, daha sonra foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı fləşmob keçirib

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam edir. 24 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Meydanında fləşmob keçirilib.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı əsrin faciəsi, xalqımızın qan yaddaşıdır” başlığı altında tədbir keçirilmişdir

_Q8A293424  Fevral  2016-cı il  tarixdə  Heydər Əliyev  Mərkəzinin, Gənclər  və  İdman  İdarəsinin, Yeni Azərbaycan Partiyası  Ağcabədi  rayon  təşkilatının,  “Heydər Əliyev  Siyasi  İrsinin  öyrənilməsi  və təbliği  qurupu”nun  və  Ağcabədi  Pedoqoji  kollecinin  təşkilatçılığı  ilə   Heydər Əliyev Mərkəzində  “Xocalı soyqırımı əsrin  faciəsi – xalqımızın qan  yaddaşıdır” başlığı altında  tədbir  keçirilmişdir. Öncə  Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə dərs vaxtı Xocalı qurbanlarının xatirəsi anılıb

 

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.

19 fevral 2016-cı il tarixdən 23 fevral 2016-cı il tarixədək Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq”, “Xalçaçılıq”, “Rəssamlıq”, “Tikiş”, “Toxuculuq” və “Maraqlar üzrə əl işləri” dərnəklərinin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları və dərnək rəhbərləri Xocalı soyqırımı haqqında dərnək üzvlərinə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı  ilə Xocalı şəhərində törətdiyi vəhşiliklərdən danışıblar.

Oxumağa davam et

“Qarabağ tariximizi öyrənirik – Xocalı” adlı intellektual yarış keçirilib

920 fevral 2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin, GTM Qarabağ ofisinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Qarabağ tariximizi öyrənirik – Xocalı” adlı intellektual yarış keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Xocalı soyqırımı zamanı həlak olan insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oxumağa davam et

“Xalçaçılıq” və “Rəsm” dərnəklərində dərslərə Xocalı soyqırımı haqqında məlumat verilməklə başlanıb

20 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Xalçaçılıq” və “Rəsm” dərnəklərində növbəti dərslər keçilib. Hər iki dərsin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr olunub. Dərnək rəhbərləri və Mərkəzin əməkdaşları tərəfindən dərnək üzvlərinə ətraflı məlumat verilib, Xocalı faciəsindən danışılıb.

Oxumağa davam et

“Həvəskar aktyorluq” dərnəyində dərs vaxtı Xocalı qurbanlarının xatirəsi anılıb

119 fevral 2016-cı il tarixdə “Həvəskar aktyorluq” dərnəyində növbəti dərs keçilib. Dərsin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr olunub. Dərnəyin rəhbəri Gündüz Sevindik və Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Fariz Bünyatov dərnək üzvlərinə soyqırımı haqqında məlumat verərək, 1992-ci il fevralın 26-da Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən danışıblar. Xocalı qurbanlarının xatirəsi dərnək iştirakçıları tərəfindən anılıb.

Oxumağa davam et