20 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Xalçaçılıq” və “Rəsm” dərnəklərində növbəti dərslər keçilib. Hər iki dərsin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr olunub. Dərnək rəhbərləri və Mərkəzin əməkdaşları tərəfindən dərnək üzvlərinə ətraflı məlumat verilib, Xocalı faciəsindən danışılıb.