Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.
19 fevral 2016-cı il tarixdən 23 fevral 2016-cı il tarixədək Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq”, “Xalçaçılıq”, “Rəssamlıq”, “Tikiş”, “Toxuculuq” və “Maraqlar üzrə əl işləri” dərnəklərinin ilk 15 dəqiqəsi tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına həsr edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları və dərnək rəhbərləri Xocalı soyqırımı haqqında dərnək üzvlərinə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində törətdiyi vəhşiliklərdən danışıblar.