Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər davam edir. 24 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Meydanında fləşmob keçirilib.
Gün: 24 Fevral 2016
Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı əsrin faciəsi, xalqımızın qan yaddaşıdır” başlığı altında tədbir keçirilmişdir
24 Fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, “Heydər Əliyev Siyasi İrsinin öyrənilməsi və təbliği qurupu”nun və Ağcabədi Pedoqoji kollecinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı əsrin faciəsi – xalqımızın qan yaddaşıdır” başlığı altında tədbir keçirilmişdir. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.