Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi

1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident Heydər Əliyevin imzaladığı fərmana uyğun olaraq 26.02.2016-cı il tarixdə Ağcabədi rayonunda Xocalı soyqrımı qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Oxumağa davam et

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

2025 fevral 2016-cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzinin binasının qarşısında açıq havada sərgi təşkil edilib. Gün ərzində davam edən sərgi zamanı vətənpərvərlik və döyüş ruhlu musiqilərin sədası altında Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Xocalı harayı” adlı müsabiqədə iştirak edən şagirdlərin çəkdiyi rəsmlər, faciəni əks etdirən fotoşəkillər sərgilənib.

Müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, tələbələr, şəhər əhalisi sərgi ilə tanış olduqdan sonra “Soyqırımlarına son!” şüarı yazılmış lövhəyə imzalarını atmışlar.

Oxumağa davam et