Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

2025 fevral 2016-cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı olaraq Heydər Əliyev Mərkəzinin binasının qarşısında açıq havada sərgi təşkil edilib. Gün ərzində davam edən sərgi zamanı vətənpərvərlik və döyüş ruhlu musiqilərin sədası altında Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Xocalı harayı” adlı müsabiqədə iştirak edən şagirdlərin çəkdiyi rəsmlər, faciəni əks etdirən fotoşəkillər sərgilənib.

Müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, tələbələr, şəhər əhalisi sərgi ilə tanış olduqdan sonra “Soyqırımlarına son!” şüarı yazılmış lövhəyə imzalarını atmışlar.

Açıq havada təşkil olunmuş sərgi sakinlərin marağına səbəb olub və 26 fevral 2016-cı il tarixində də davam edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma