Mehrablı kənd tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

19 mart 2016-cı il tarixdə Mehrablı kənd 1 nömrəli tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzində oldular.

Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.

Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

Bir şərh yazın