Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” ilə əlaqədar olaraq tədbir təşkil edilib

627 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü”  ilə əlaqədar olaraq tədbir təşkil edilmişdir.

Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi tədbirdə  27 sentyabr Ümumdünya Turizm günü haqqında ətraflı məlumat verilərək bildirildi ki, 1925-ci ildən etibarən Cenevrə şəhərində müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə isə Təşkilat tərəfindən 27 sentyabr tarixi Ümumdünya Turizm Günü kimi təsis edilib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Oxumağa davam et

Beyəlxalq Sülh günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilib

121 sentyabr Beynəlxalq Sülh günüdür. BMT tərəfindən 1981-ci ildə təsis edilən sülh günü ilk dəfə həmin ilin sentyabrında qeyd olunub.

2001-ci ildə isə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 21 sentyabr tarixi BMT tərəfindən Beynəlxalq Sülh günü kimi müəyyənləşdirilib və bu tarixi ümumdünya atəşkəs günü elan edilib.
Oxumağa davam et

“Üzeyir günləri” ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində film nümayişi davam edir

3Dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 131 illik yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr 2016-ci il tarixindən etibarən başlanan film nümayişləri davam edir.

Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” və “Arşın mal alan” filmləri Ağcabədi şəhər ümumtəhsil məktəbliləri üçün nümayiş etdirilir. Oxumağa davam et

Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində film nümayişlərinə başlanılıb

618 sentyabr 2016-ci ildə dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi tamam olur.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəyovun doğum gününün musiqi günü kimi qeyd edilməsi ənənəsini rəsmiləşdirərək həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunması barədə sərəncam verib. Oxumağa davam et

Ağcabədi rayonunda işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili ilə əlaqədar olaraq təlimlər davam edir

5“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamınının icrasını təmin etmək məqsədilə 17 avqust 2016-cı il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən təlimlərə başlanılmış və 4 həftədir ki, ardıcıl olaraq davam edir. Oxumağa davam et

Üzeyir günləri – Film nümayişi – ELAN

uzeyir-hacibeyov

18 sentyabr “Üzeyir musiqi günü”dür. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirib.

Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Oxumağa davam et

Beynəlxalq Sülh Günü sərgisi – ELAN

1

Əziz Ağcabədililər, sizi Beynəlxalq Sülh Günü ilə əlaqədar Mərkəzimizdə təşkil olunan sərgiyə dəvət edirik.

Sərgi 9 sentyabr tarixindən ayın sonunadək davam edəcək. Həftə içi saat 10:00-dan 18:00-dək, şənbə günləri 13:00-dək gəlib sərgiyə baxa bilərsiniz.

Ünvan: Ağcabədi şəhər, Heydər Əliyev Prospekti 217

Oxumağa davam et