18 sentyabr “Üzeyir musiqi günü”dür. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirib.
Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir.
Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin , bəstəkarlıq məktəbinin banisidir, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir.
O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü.Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.
“Üzeyir musiqi günü” ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 19-22 sentyabr tarixlərində saat 15:30-da “Arşın mal alan” və “O olmasın, bu olsun” filmləri nümayiş etdiriləcək.
Film nümayişinə hər kəs dəvətlidir.
Ünvan: Ağcabədi şəhər Heydər Əliyev prospekti 217