Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində film nümayişlərinə başlanılıb

618 sentyabr 2016-ci ildə dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi tamam olur.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəyovun doğum gününün musiqi günü kimi qeyd edilməsi ənənəsini rəsmiləşdirərək həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunması barədə sərəncam verib.

Dahi bəstəkarın yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr 2016-ci il tarixindən etibarən Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə  Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərinin  nümayişlərinə başlanılıb. İlk olaraq Ağcabədi şəhər 1 saylı, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin və M.F.Axundov adına şəhər 3 saylı məktəb liseyin şagirdləri üçün  “O olmasın, bu olsun” filmi nümayiş etdirilib. Məktəblilərin böyük marağına səbəb olan film nümayişləri 27 sentyabr 2016-cı il tarixinədək davam edəcək.

10

1

11

2

9

4

7

6

5

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma