Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilində fəaliyyətə başlayacaq kurslar ilə əlaqədar olaraq tədbir təşkil edilib

1201 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilində fəaliyyətə başlayacaq kurslarla əlaqədar olaraq kurs rəhbərlərinin və üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzin direktoru Məhsəti Musa açaraq bildirmişdir ki, Mərkəz fəaliyyətə başlandığı gündən etibarən yeniyetmə və gənclərimizin vətənpərvər, sağlam ruhlu və sağlam düşüncəli gənclik kimi yetişməsi, asudə vaxtlarının daha səmərəli keçirməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə Mərkəzdə “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri” və  “Xalçaçılıq” kursları fəaliyyət göstərir.

Kursların ötən ilki uğurlarından da söhbət açan Məhsəti Musa yeni kurs üzvlərinə qaydalar və şərtlər haqqında məlumat verərək tədris ilinin sonunda qaydalara riayət etmiş,kursu uğurla bitirmiş üzvlərə sertifikatların veriləcəyini vurğuladı.

Daha sonra kurs rəhbərlərinin rəy və təklifləri dinlənildi. Dərslərə davamiyyətin zəruriliyini vurğulayan dərnək rəhbərləri, kurs üzvlərinə müəyyən tapşırıqlarını vermişdir.

Qeyd edək ki, dərslər oktyabr ayının 3-dən etibarən başlayacaqdır.

14

12

15

5

3

1

4

6

7

8

10

11

13

9

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma