Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi, maraqlarına uyğun bilik və peşə qazanmaları məqsədilə “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri” və “Xalçaçılıq” kursları fəaliyyət göstərir.
03 oktyabr 2016-cı il tarixdən etibarən Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunda yeni tədris ilinin ilk dərsi keçirilib.
Əvvəlcə kurs rəhbəri Gündüz Sevindik kurs üzvlərini salamlayaraq, kursun əhəmiyyətindən, ötən ilki uğurlarından, eyni zamanda bu ilki məqsədlərindən danışmış, dərs proqramı haqqında kurs üzvlərinə ətraflı məlumat vermişdir.
İlk dərs günündə şeir kompozisiyaları və kiçik səhnəciklər nümayiş etdirən kurs üzvlərinin hər biri dinlənilmiş, onların bacarıqları yoxlanılmışdır.