Ağcabədi rayon Heydər Əliyev Mərkəzi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsinə davam edir. Növbəti tədbir 18 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı tam orta məktəbi ilə birgə keçirilmişdir.
Tədbir zamanı öncə məktəbin foyesində Mərkəz tərəfindən hazırlanmış sərgi nümayiş etdirilmişdir. Mərkəzin əməkdaşı Nurlan Piriyev fotolar və sənədlər əsasında şagirdlərə faciə haqqında ətraflı məlumat vermişdir. Oxumağa davam et