20 Yanvar Faciəsi ilə əlaqədar olaraq şəhər 6 saylı körpələr evi uşaq bağçasının uşaqları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

1

      Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar Faciəsinin 28-ci ildönümü  ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu münasibətlə 19 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı körpələr evi uşaq bağçasının balaca fidanları Heydər Əliyev Mərkəzində oldular.

     Öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair eksponantlarla tanış edilən körpələr daha sonra 20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Mərkəzdə təşkil olunmuş “Qanla Qazanılmış Azadlıq” adlı sərgi ilə tanış oldular. Oxumağa davam et

20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

1

20 Yanvar Faciəsinin 28-ci ildönümü münasibətilə 19 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.  “İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  ilə keçirilən tədbiri  giriş nitqi ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar Faciəsi haqqında məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Mərkəzində faciə ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Plana uyğun olaraq 17 yanvar 2018-ci il tarixdə Oxumağa davam et