Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir.

1

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir.

Tədbirlərin davamı olaraq 15 fevral 2018-ci il tarixdə Mərkəzdə  fəaliyyət göstərən “Toxuculuq” dərnəyinin məşğələsinin ilk 15 dəqiqəsi Xocalı soyqırımına həsr edilib.  Mərkəzin əməkdaşları tərəfindən keçirilən məruzə zamanı Xocalı soyqırımı haqqında dərnək üzvlərinə ətraflı məlumat verilmiş, sonda isə dərnək üzvlərinin sualları cavablandırılmışdır. Oxumağa davam et

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlərə başlanılıb.

1

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.

    Plana uyğun olaraq 13 fevral 2018-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin  və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr edilmiş rəsm əsərlərindən ibarət “Xocalı – Əsrin Faciəsi” adlı sərgi təşkil edilir. Sərgi 27 fevral 2018-ci il tarixədək davam edəcəkdir. Oxumağa davam et