Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlərə başlanılıb.

1

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir.

    Plana uyğun olaraq 13 fevral 2018-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin  və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr edilmiş rəsm əsərlərindən ibarət “Xocalı – Əsrin Faciəsi” adlı sərgi təşkil edilir. Sərgi 27 fevral 2018-ci il tarixədək davam edəcəkdir.

     Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar olaraq 14 fevral 2018-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq”, “Tikiş”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri”,  “Xalçaçılıq”, “Rəqs” və “Rəssamlıq” dərnəklərinin məşğələlərinin ilk 15 dəqiqəsi Xocalı soyqırımına həsr edilir. İlk olaraq “Tikiş” dərnəyində keçirilən məruzə zamanı Heydər Əliyev Mərkəzinin əməkdaşları Xocalı soyqırımı haqqında dərnək üzvlərinə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı  ilə Xocalı şəhərində törətdiyi vəhşiliklərdən danışıblar.

Bir günün içində yerlə yeksan edilən şəhəri tərk edən 2500 nəfər şəhər sakinindən 613 nəfərin düşmən gülləsinə tuş gələrək qətliam qurbanı olduğu və bu qətliamın bəşər tarixinə etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı kimi yazılması məruzəçilər tərəfindən dərnək üzvlərinin nəzərinə çatdırılmış və sonda onların sualları cavablandırılmışdır.

Mərkəzdə fəaliyyət göstərən bütün dərnəkləri əhatə edəcək məruzələr 17 fevral 2018-ci il  tarixədək davam edəcəkdir.

 

1

2

3

4

5

6

7

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma