Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qurtuluşumuzun 25 ili” adlı tədbir keçirilib.

35062764_976541979179261_498601065470492672_n15 İyun Milli Qurtuluş günü ilə əlaqədar 12 iyun 2018¬-ci il tarixdə Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilmişdir. Öncə qonaqlar salonda təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzdə fəaliyyət göstərən kursların əl işləri nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Dahi Liderimizin zəngin və çoxşaxəli ömür yoluna nəzər salaraq Azərbaycanın çətin durumda olduğu zamanda məhz Ulu Öndər H.Əliyevin hakimiyyətə qayıdışı, uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkənin dağılmaq,parçalamaq təhlükəsindən xilas edilməsi, Azərbaycanın dirçəliş, daha sonra inkişaf yoluna qədəm qoyması haqqında ətraflı məlumat verdi.
Daha sonra Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Nəcəfov, həmin kursun üzvü Səbinə Nəsirova çıxış etdilər.
“Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Elgün Quliyev və Heydər Məmmədovun ifasında səslənən, dahi liderimizə həsr edilmiş şeirlər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
Sonda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursları müvəffəqiyyətlə bitirən kurs üzvlərinə sertifikatlar təqdim edildi. Qeyd edək ki, mərkəzdə 7 kurs fəaliyyət göstərir. “Həvəskar aktyorluq və bədii qiraət”, “Maraqlar üzrə əl işləri”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Rəqs”, “Xalçaçılıq” kurslarında ümumilikdə 220 nəfər bitirmiş, onlardan 60 nəfərinə sertifikat təqdim edilmişdir.35058229_976542042512588_5196115412533641216_n

35066210_976542159179243_2459364184257724416_n

35082863_976541785845947_2885245706740695040_n

35114738_976541885845937_2477605649098211328_n

35143312_976541952512597_9023057644092391424_n

35148106_976542189179240_4863025786602389504_n

35151599_976541799179279_1843021173097496576_n

35156857_976541692512623_4103636896784056320_n

35239397_976542369179222_40530455321116672_n

35247216_976542279179231_8268173380398612480_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma