Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib.

44173709_1081447268688731_6205325267011895296_n18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə 15 oktyabr 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin,Ağcabədi rayon MKS-nin və Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edərək bildirib ki, 18 oktyabr tarixi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz 26 il öncə bu tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuş və bu mühüm sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdu.
Sonra 12 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində məktəblilər arasında keçirilən “Müasir tariximizi necə bilirik?” adlı müsabiqənin qalibləri diplomlarla təltif olundular.
Daha sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Rövşanə Əliyeva “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir”” adlı məruzə ilə çıxış edərək Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ümumilli Lider Heydər Əliyevin müstəsna rolundan, Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıb.
Məruzə ətrafında çıxış edən YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova Azərbaycanın müstəqillik tarixinə nəzər salaraq bildirmişlər ki, SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi və mənəvi tələbatları arasında əsas nemət oldu. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu.
Çıxışlardan sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Müstəqillik Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizlə bağlı söylədiyi fikirlərdən ibarət video-çarx nümayiş olundu.44270205_1081447662022025_845810903193485312_n

44039982_1081447245355400_5251031152143106048_n

44042026_1081447402022051_5795498839087513600_n

44050715_1081447332022058_7550369394732302336_n

44052860_1081447408688717_4759667905430290432_n

44070858_1081447552022036_2746817708199772160_n

44074810_1081447575355367_256370703886974976_n

44076943_1081447258688732_1288973162167402496_n

44091808_1081447682022023_6593263326120116224_n

44110880_1081447735355351_6203167269283954688_n

44121394_1081447445355380_7383593319252623360_n

44166173_1081447778688680_5233414669468696576_n

44219135_1081447648688693_413347798595928064_n

44060621_1081447545355370_3010366294575808512_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma