Heydər Əliyev Mərkəzində “Milli Dirçəliş Günü” ilə əlaqədar olaraq tədbirlər keçirilir.

46446882_1100936483406476_2403074626344189952_n“17 Noyabr Milli Dirçəliş Günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurslarda söhbətlər aparılmış, dirçəliş tariximizlə, müstəqilliyə aparan yolla bağlı kurs üzvlərinə ətraflı məlumatlar verilmiş, fikir mübadiləsi aparılmışdır.
17 noyabr 2018-ci il tarixdə “Rəsm” kursunun üzvləri ilə keçirilən görüşdə mərkəz əməkdaşları, eləcə də Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva iştirak etmişdir.
Öncə Mərkəzin direktoru Məhsəti Musa çıxış edərək 1988-ci ildən başlayan etiraz dalğasının böyüyərək Azərbaycanın müstəqilliyinə yol açdığından, qan hesabına, can hesabına da olsa bu müstəqilliyi bərpa edilməsindən danışdı.
Ağcabədi RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva öz çıxışında müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə də hələ çətinliklərin çox olduğundan, özbaşınalığın, daxili çəkişmələrin nəticəsində qanla qazanılmış azadlığın itirilməsi təhlükəsinin yaranmasından danışdı. Öz uşaqlıq illərindən də misallar gətirən N. Mustafayeva bildirdi ki, xalqı bu böhrandan Ümummilli Lider xilas etdi. Azərbaycan xalqı onun uğurlu siyasəti nəticəsində öz müstəqilliyini qoruyub saxlamağı bacardı, inkişaf etdi. Və bu gün də həmin siyasət layiqincə davam etdirilir.
O, kurs üzvlərini bu günki gözəl şəraitdən istifadə etməyə, dərslərini yaxşı oxumağa, yaxşı vətəndaş kimi yetişərək valideynlərinin və vətənin layiqli övladı olmağa çağırdı.
Qeyd edək ki, tədbirlər növbəti həftə də davam edəcəkdir.46307181_1100936573406467_2417827791761309696_n

46332170_1100936486739809_8101427958100525056_n

46355198_1100936460073145_2801906796984270848_n

46446882_1100936483406476_2403074626344189952_n

46460671_1100936603406464_2301088690870419456_n

46468083_1100936596739798_2525998819443736576_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma