Xocalı Soyqırımı ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin əməkdaşları Ə. Alıyev adına şəhər 12 № -li tam orta məktəbdə mühazirə ilə çıxış ediblər.

50881509_1156804437819680_5340129286625951744_n

 Xocalı Soyqırımı ilə əlaqədar olaraq 08 fevral 2019-cı il tarixdə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ə. Alıyev adına Ağcabədi şəhər 12 № -li tam orta məktəbdə “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda məruzə keçirilmişdir.
Mərkəzin əməkdaşları Fariz Bünyatov və Nurlan Piriyev tərəfindən keçirilən məruzə zamanı məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olmuşdur. Çünki Xocalıda baş verən faciə təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.Bu kütləvi qırğında 613 nəfər insan həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür.
Məruzə zamanı o da vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Sonda məktəblilərlə birlikdə Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr fevral ayı ərzində Xocalı faciəsinə həsr olunub. Məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

50881509_1156804437819680_5340129286625951744_n

51492355_1156804847819639_336581597551656960_n

51531090_1156804571153000_8404449858022277120_n

51638105_1156804797819644_7404442838559096832_n

51652233_1156804414486349_8389081739187716096_n

51733948_1156804561153001_8340002774234169344_n

51865985_1156804551153002_4348549787566473216_n

51914308_1156804791152978_8519090188784238592_n

52338363_1156804751152982_6513265286739656704_n

52462720_1156804404486350_3238487276275105792_n

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma