Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir

1

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir. Növbəti tədbir Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçirildi. Mərkəzin foyesində təşkil olunmuş sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin Xocalı Soyqırımına həsr edilmiş rəsm əsərləri ilə tanışlıqdan sonra tədbirin rəsmi hissəsinə başlanıldı. “Gənc Heydərçilər” in, hərbiçilərin, mədəniyyət işçilərinin, YAP Ağcabədi rayon təşkilatının və Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Xocalı şəhidlərinin, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor Məhsəti Musa zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açaraq gəncləri diqqətli, ayıq – sayıq olmağa, tariximizi, qan yaddaşımızı daha dərindən öyrənməyə çağırdı.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid İsmayılovun məruzə ilə çıxışından sonra Ağcabədi şəhər 1 №-li tam orta məktəbin Gənc Heydərçilər qrupunun rəhbəri Bəhram Əsgərli, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, N saylı hərbi hissənin əsgəri Namiq Qasımov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev çıxış edərək Xocalı soyqırımının təşkilatçıları, bu faciənin günahsız qurbanları haqqında danışmış, Xocalı soyqırımının dünyada tanınması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən söz açmışdır.

Sonda Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Xocalı şəhidlərinə həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası təqdim olundu.

WhatsApp Image 2019-02-21 at 17.40.53WhatsApp Image 2019-02-21 at 17.40.49WhatsApp Image 2019-02-21 at 17.39.03WhatsApp Image 2019-02-21 at 17.38.56WhatsApp Image 2019-02-21 at 17.38.51WhatsApp Image 2019-02-21 at 17.35.39WhatsApp Image 2019-02-21 at 17.35.32WhatsApp Image 2019-02-21 at 17.35.08WhatsApp Image 2019-02-21 at 17.35.01WhatsApp Image 2019-02-21 at 17.33.50WhatsApp Image 2019-02-21 at 17.33.31WhatsApp Image 2019-02-21 at 17.33.06WhatsApp Image 2019-02-21 at 17.33.01WhatsApp Image 2019-02-21 at 17.32.56WhatsApp Image 2019-02-21 at 17.28.48WhatsApp Image 2019-02-21 at 17.07.39WhatsApp Image 2019-02-21 at 17.07.35WhatsApp Image 2019-02-21 at 17.07.30WhatsApp Image 2019-02-21 at 17.07.26WhatsApp Image 2019-02-21 at 17.07.09WhatsApp Image 2019-02-21 at 17.07.08WhatsApp Image 2019-02-21 at 17.00.59WhatsApp Image 2019-02-21 at 17.00.52WhatsApp Image 2019-02-21 at 17.00.51WhatsApp Image 2019-02-21 at 17.00.48WhatsApp Image 2019-02-21 at 17.00.47WhatsApp Image 2019-02-21 at 17.00.43WhatsApp Image 2019-02-21 at 17.00.401

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma