21 aprel 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər sakinləri 1981-ci il təvəllüdlü Hüseynov Rafael Aslan oğlu ilə 1979-cu il təvəllüdlü Namazova Günay Rasim qızının nikah mərasimi keçirilmişdir. Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər. Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva cütlükləri Ağcabədi Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin kollektivi adından təbrik etmiş,ömür boyu sürən xoşbəxtlik arzulamışdır.