Müxtəlif idarə və təşkilatlar,müəssisələr,məktəb və uşaq bağçaları Mərkəzi ziyarət edirlər.Bugünkü ziyarətçilərimiz isə 6 saylı Uşaq bağçası körpələr evinin balaca fidanları idi.Mərkəzin əməkdaşı Rövşanə Əliyeva Ulu Öndərin uşaqlıq və gənclik illəri, Ağcabədiyə səfərləri haqqında qısa məlumat verdi.Daha sonra balacalar Böyük Şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.