03 may 2019-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə N saylı hərbi hissədə tədbir keçirilib. Öncə dahi liderimizin zəngin fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək Azərbaycan xalqının taleyində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva “Əbədiyaşar Lider” adlı məruzə ilə çıxış edərək qan bahasına müstəqlliyini əldə etmiş Azərbaycanın qarşılaşdığı problemlərdən və dahi liderimizin bu ağır durumda Azərbaycan xalqı üçün atdığı əvəzsiz addımlardan söz açdı. N saylı hərbi hissənin əsgəri Ceyhun Muradov çıxış edərək dövlətimizin,dövlətçiliyimizin qorunması üçün hər bir Azərbaycan vətəndaşının ayıq-sayıq olmalı olduğunu,yumruğu bir hədəfə vurmağın vacibliyini vurğuladı.
Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Xalqa bağışlanan ömür “ adlı film nümayiş etdirilib .