06 may 2019-cı il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva N saylı hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış etmişdir.Məruzə zamanı əsgərlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, 1969-cu ilin 14 iyulunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra, öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonra yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
1970-ci illərdə bütün Azərbaycan artıq əzəmətli tikinti meydanına çevrilmişdir. Ölkənin hər yerində infrastruktur yaradılmış, yeni xidmət sahələri açılmışdır. Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyidi. Heydər Əliyev Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu.
Məruzə zamanı o da,vurğulanmışdır ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz
Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi,Azərbaycançılığa əsaslanan milli dövlət yaratdı,xalqda dövlətçilik hissini formalaşdırdı.
Qeyd edək ki, ötən ilin oktyabr ayından etibarən hər ay Dahi Liderin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilən məruzələr aprel-may ayları ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Məruzələr məktəblərdə və hərbi hissədə olmaqla iyul ayınadək davam edəcək/