07 may 2019-cu il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Şuşa şəhərinin işğalının 28-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir. Laçın rayon 37 № li tam orta məktəbin iştirak etdiyi tədbirdə şagirdlərə Şuşa şəhəri haqqında, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklər, Şuşada məhv edilən tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verildi. Mərkəzin əməkdaşı Nurlan Piriyev çıxış edərək ölkəmizdə gedən inkişafdan, yüksəlişdən danışaraq gündən-günə qüdrətlənən ordumuzun sayəsində tezliklə işğal altında olan torpaqlarımıza əmin olduqlarını vurğuladı.