14 may 2019-cu il tarixdə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.Kurs üzvlərinə Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi,bildirildi ki,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, ana dilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.Sonda Həvəskar aktyorluq və bədii qiraət kursunun üzvləri ədəbi-bədii kompazisiya nümayiş etdirdilər.