Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “28 may – Respublika günü”nə həsr olunmuş rəsm sərgisi keçirilib

60528635_1224062817760508_4043131794109759488_n24 may 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 may – Respublika günü münasibətilə müxtəlif rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi keçirilib. Tədbir iştirakçıları öncə Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin və Ağcabədi Pedaqoji Kollecinin “Təsviri-İncəsənət” ixtisasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sərgidə 150-dən çox rəsm əsəri nümayiş etdirilirdi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 28 may – Respublika Gününün tarixi və mərkəzdə fəaliyyət göstərən kurslar haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Mərkəzində mütəmadi olaraq kurs üzvləri ilə birlikdə keçirilən müxtəlif səpkili tədbirlər, sərgilər, film nümayişləri, təbliğatyönümlü söhbətlər onların vətənpərvər gənclik kimi yetişməsinə böyük şərait yaratmışdır.
Ağcabədi Pedaqoji Kollecin direktoru Mirələm İbrahimov, “Rəsm” kursunun rəhbəri Əsmər Əkbərova və digərləri çıxış edərək Respublika Günü münasibəti ilə keçirilən bu tədbirin gənclərin vətənpərvər ruhda yetişməsi və qabiliyyətli gənclərin üzə çıxarılması baxımından gözəl addım olduğunu vurğulayıblar.
Daha sonra tədbir bədii hissə ilə davam etmişdir. Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Heydər Məmmədov, Elgün Quliyev və Nurcan Xəlilovanın ifasında Respublika gününə həsr edilmiş şeirlər səsləndi. Mərkəzdə fəaliyyət göstərən “Rəqs” kursunun üzvləri və Ağcabədi şəhər 2 saylı körpələr evi uşaq bağçasının balaca fidanları öz rəqsləri ilə tədbirə rəng qatdılar.
Sonda aşağıdakı nominasiyalar üzrə qaliblər və həvəsləndirici yerlər diplomlarla təltif olunmuşlar.
1. “Yağlı boya texnikasında işlənmiş ən yaxşı işə görə”–Mamedov Allahverən Nadir oğlu
2. “Ən yaxşı kompozisiyaya görə” – Kərimli Günel Adil qızı
3. “Ən yaxşı mənzərə janrına görə” – Xanlarova Zeynəb İsgəndər qızı
4. “Ən yaxşı uğurlu rəng həllinə görə” – Orucova Arzu Azər qızı
5. “Ən yaxşı portret janrına görə” – Ağcabədi Pedaqoji Kolleci
6. “Vətənpərvərliyi təbliğ edən ən yaxşı rəsm əsərinə görə” – Axundova Aytac Nadiq qızı
7. “Ən yaxşı natrümort janrına görə” – Səfərli Nigar Asif qızı
8. “Ən yaxşı qrafik təsvirinə görə” – Səfərov Emin Vahid oğlu
9. “Həvəsləndirici yerlər” – İsmayılova Tahirə Arzu qızı, Mehdiyev Taleh Tail oğlu və
Əliyeva Aysu Cavanşir qızı

60713776_1224063174427139_7222142238715805696_n

60737681_1224062117760578_6944155754702045184_n

60781728_1224062774427179_1767924460200919040_n

60787040_1224062894427167_8822914397186818048_n

60787712_1224063047760485_3908964961472217088_n (1)

60787712_1224063047760485_3908964961472217088_n

60800505_1224063294427127_8811219042326020096_n

60803780_1224061161094007_6020186784707641344_n

60810421_1224061294427327_3557170830276296704_n

60816853_1224061424427314_6446906633267183616_n

60822498_1224062531093870_1058443287930601472_n

60835939_1224063187760471_4024359587275603968_n

60840720_1224061457760644_2294121966153498624_n

60886053_1224061857760604_1320306829787398144_n

60893484_1224061957760594_2952253505865252864_n

60900430_1224062297760560_2617696092040462336_n

60914524_1224063271093796_6093291959923769344_n

60962339_1224061587760631_3030610846263803904_n

60967091_1224061917760598_4210291723701583872_n

60996276_1224061337760656_5925364051524714496_n

61000146_1224061434427313_6137184794817069056_n

61034576_1224063344427122_3729123363549872128_n

61040282_1224061127760677_4395847599517597696_n

61075812_1224062287760561_2158398929425661952_n

61080739_1224061907760599_7122042798907326464_n

61085334_1224063097760480_2495670942970150912_n

61121916_1224062061093917_4113536315364999168_n

61152817_1224063021093821_4579442535000178688_n

61156568_1224061137760676_1625258110622892032_n

61160874_1224062697760520_263378711829544960_n

61177375_1224061611093962_8611616621997326336_n

61183901_1224062644427192_4568177733430935552_n

61188448_1224062951093828_3952388639907905536_n

61257210_1224062871093836_9106881966757642240_n

61263177_1224062587760531_8204604007537180672_n

61381641_1224061307760659_6128823339600314368_n

61412266_1224061621093961_7101331276900073472_n

61486089_1224062494427207_6934396532443578368_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma