29 may 2019-cu il tarixdə Xocavənd kənd 3 №-li ümumi orta məktəbin şagirdləri Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.
Ekspozisiya zalında şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.