Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərimizin vətənpərvər, sağlam düşüncəli bir gənclik kimi yetişməsi, asudə vaxtlarının daha səmərəli keçirməsi, müəyyən peşə və bacarıqlara yiyələnməsi üçün 2012-ci ildən etibarən mütəmadi olaraq kurs və dərnəklər fəaliyyət göstərir.
Ənənəyə uyğun olaraq yeni tədris ilində də Mərkəzdə “Həvəskar aktyorluq və bədii qiraət”, “Rəsm”, “Tikiş”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri”, “Xalçaçılıq” və “Rəqs” kursları fəaliyyət göstərəcək.
Mərkəzdə fəaliyyət göstərəcək bu kurslarda iştirak etmək istəyən hər bir kəs oktyabr ayının 1-dək Heydər Əliyev Mərkəzinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.