Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.

71865695_1330045140495608_3807069722822836224_n“Müstəqillik günü “ ilə əlaqədar olaraq təsdiq olunmuş tədbirlər palnına uyğun olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi rayon ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.
Plana uyğun olaraq 11 oktyabr 2019-cu il tarixdə Mərkəzin əməkdaşı Cavid İsmayılov M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış edib. Müstəqillik tariximizdən ətraflı bəhs edən məruzəçi bildirilmişdir ki, Respublikamız 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmiş, nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, ciddi problemlər yaranmışdı. Xalq da başa düşürdü ki, ölkəni böhranlı və ağır vəziyyətdən çıxartmaq, ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə – alternativsiz lider məhz Heydər Əliyevdir. Məhz xalqın təkidiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixi olmuşdur.
Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.73261868_1330045817162207_8371860659792510976_n

73238912_1330046383828817_1884455405501808640_n

72546735_1330045990495523_2181697847106207744_n

71908877_1330045963828859_6031038650941177856_n

71908711_1330045350495587_6823227325530767360_n

71865695_1330045140495608_3807069722822836224_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma