25 oktyabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” və “Maraqlar üzrə əl işləri” kurslarının növbəti məşğələsi keçirildi.
Bu günkü məşğələlərdə “Rəsm” kursunun üzvlərinə bayrağın və digər dövlət atributlarımızın çəkilməsi, “Maraqlar üzrə əl işləri” kursunun üzvlərinə isə kardondan gəmi, tank və ev formalarının hazırlanıb düzəldilməsi öyrədilib.