22 noyabr 2019-cu il tarixindən etibarən 2018-2019-cu tədris ilində Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalarına başlanılıb.
İlk olaraq bu gün Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə tər – çiçək dəstələri qoyaraq Onun əziz xatirəsini yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnallardan ibarət “Unudulmaz Lider” adlı sərgi ilə tanış olmuşlar.
Ekspozisiya zalında şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi.