22 noyabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” və “Maraqlar üzrə əl işləri” kurslarının növbəti məşğələsi keçirildi.
Bu günkü məşğələlərdə “Rəsm” kursunun üzvlərinə boya ilə mənzərələrin çəkilməsi, “Maraqlar üzrə əl işləri” kursunun üzvlərinə isə qəzet və iplərdən müxtəlif suvenirlərin hazırlanıb düzəldilməsi öyrədilib.