Ümummilii Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir.
Plana uyğun olaraq mərkəz əməkdaşları tərəfindən hər ay mövzusu dəyişən məruzələr keçirilir ki, dekabr ayı ərzində keçirilən məruzələr Dahi Liderin “Anım Gün”nə həsr olunub.
10 dekabr 2019-cu il tarixdə Ə. Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəbdə keçirilən məruzədən öncə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitab, qəzet və jurnallardan ibarət “Unudulmaz Lider” adlı sərgi təşkil olunmuşdur. Sərgi ilə tanışlıqdan sonra Mərkəzin əməkdaşı Fariz Bünyatovun “Heydər Əliyev və Azərbaycançılıq” adlı məruzəsi dinlənilib. Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən ətraflı bəhs edən məruzəçi bildirilmişdir ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ilk gəlişi nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Məruzə zamanı həmçinin, şagirdlərə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlar haqqında dolğun məlumat verilib.
Sonda məktəblilərin fəal iştirakı ilə diskussiya keçirilmiş, fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən məktəblərdə təşkil olunan məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.