Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.Azərbaycan Respublikasının ərazisi,vahiddir,toxunulmazdır və bölünməzdir!
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev MərkəziGənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin və Ağcabədi rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 27-də başlayan müharibənin, 10 noyabr tarixində şanlı Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələnməsi münasibətilə “Zəfər yürüşü” təşkil edilmişdir. Yürüş, vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq, rayon sakinlərinin müşayiəti ilə Heydər Əliyev meydanından başlamış və Şəhidlər Xiyabanında bitmişdir. Yürüş zamanı sakinlər uzunluğu 50, eni 6 metr olan üç rəngli müqəddəs Azərbaycan bayrağını başları üzərində daşıyaraq yol boyu “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycanın Ali Baş Komandanı”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” şüarları səsləndirmişdir.Qələbən mübarək Azərbaycan, yaşasın Azərbaycan Ordusu, var olsun Ali Baş Komandan cənab İlham Əliyev!Qarabağ Azərbaycandır!
Torpaqlarımız düşmən tapdağından azad edildi,bu günü xalqımız illərdi gözləyirdi.Biz və bizdən sonra gələn nəsillər qələbə gününü qeyd edəcək.Uğurunda ölən varsa,Vətən var.Bu sevinci şəhidlərimizə borcluyuq.Ruhunuz şad olsun!Böyük qürur və fəxarət hissi ilə deyirik artıq QARABAĞ AZƏRBAYCANDIR!
Qələbə sevinci rayonumuzda da,böyük tən-tənə ilə qeyd olunur.Uşaqdan- böyüyə hər kəs Heydər Əliyev Meydanında səsləndirilən musiqi sədaları altında rəqs edir,gülüb əylənirlər.Canı-qanı bahasına bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.Qarabağımız artıq müstəqildir! Var olsun bu sevinci bizlərə yaşadan igid oğullarımız,var olsun Ali Baş Komandan Cənab İlham Əliyev!
“09 noyabr – Bayraq günü” ilə əlaqədar olaraq 02 noyabr 2020-ci il tarixdən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzdə fəaliyyət göstərən Rəsm, Maraqlar üzrə əl işləri,Toxuculuq,Tikiş, Xalçaçılıq kursunun üzvlərinin əl işlərindən, eləcə də kitablardan ibarət “Bayraq mənliyimdir,bayraq kimliyim” adlı sərgi təşkil edilib. Sərgi 10 noyabr 2020-ci il tarixədək davam edəcəkdir.Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər.
1313BəyənRəyPaylaş
Rəylər
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi adı ilə rəy yaz