Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.

82283722_1424235861076535_1200137261207781376_n“20 Yanvar – Ümumxalq Hüzn günü” ilə əlaqədar olaraq təsdiq olunmuş tədbirlər palnına uyğun olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağcabədi rayon ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər.


İlk olaraq 13 yanvar 2020-ci il tarixdə Mərkəzin əməkdaşı Cavid İsmayılov M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbdə “20 Yanvar – Qan yaddaşımız” adlı məruzə ilə çıxış edib. 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verən məruzəçi bildirilmişdir ki, 30 il öncə baş verən və 137 insanın qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs edildiyi o müdhiş gecə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini bildirən məruzəçi faciənin dünya ictimaiyyətinə doğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında məhz Ulu Öndər Heydər Əliyevin atdığı addımların mühüm rol oynadığını vurğulamışdır.
Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.
Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən hər ay mövzusu dəyişən məruzələr keçirilir ki, yanvar ayı ərzində keçirilən məruzələr “20 Yanvar – Ümumxalq Hüzn günü”nə həsr olunub.

82783633_1424236004409854_1992156125675388928_n

82781141_1424235817743206_8035992881510481920_n

82621240_1424235857743202_4652823361217363968_n

81953103_1424235981076523_329301881388007424_n

82173820_1424235944409860_1265925530138443776_n

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma