20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

82329576_1427366380763483_3541724246684205056_o (1)“20 Yanvar – Ümumxalq Hüzn günü”nün 30-cu ildönümü ilə əlaqədar olaraq 16 yanvar 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı tədbir keçirilmişdir.

Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyətinin və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə öncə 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar Faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, “20 Yanvar – Ümumxalq Hüzn günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də silsilə tədbirlər həyata keçirilir. Faciə ilə əlaqədar olaraq mərkəz əməkdaşları tərəfindən Ağcabədi rayon ümumtəhsil məktəblərində məruzələr keçirilir, sərgilər nümayiş olunur, mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin iştirakı ilə film nümayişləri, dəyirmi masalar təşkil edilir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciəyə siyasi qiymətin verildiyini vurğulayan Məhsəti Musa, 0 zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Sonra mərkəzin əməkdaşı Rövşanə Əliyeva “Qan yaddaşımız” adlı məruzə ilə çıxış etdi.
Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, 20 yanvar hadisələrinin canlı şahidi olmuş Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət kursu”nun rəhbəri, mədəniyyət işçisi Gündüz Nəcəfov, N saylı hərbi hissənin zabiti, baş leytenant Elcan İsayev, Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova çıxış edərək bildirmişlər ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əziz tutulduğunu vurğulayan natiqlər, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət və qayğı göstərildiyini bildirmişlər.
Çıxışlardan sonra faciəni özündə əks etdirən kadrlardan ibarət sənədli film nümayiş olundu.
Sonda Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş “Zəfər gecəmiz” adlı ədəbi-bədii şeir kompozisiyası ilə çıxış etdilər.

82159176_1427367097430078_1510986537163030528_o

82237789_1427366757430112_379730535519354880_o

82263362_1427366560763465_4854666135271899136_o

82250712_1427366394096815_8771512726804496384_o

 

82348716_1427366777430110_787024564826669056_o

82362861_1427367087430079_1441999410950045696_o

82396915_1427367247430063_6046036436220641280_o

82448535_1427366724096782_5836562544663199744_o

82865919_1427366534096801_6699076768944357376_o

82837720_1427366357430152_8666960316443131904_o

82785206_1427367020763419_386197016805376000_o

82900194_1427366580763463_4665790722182479872_o

83472664_1427366877430100_4158932204128305152_o

83140580_1427367147430073_5875567388946071552_o

83104579_1427366857430102_9109811937612398592_o

 

82931160_1427366967430091_5503891690928209920_o

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma