Əziz, Ağcabədililər!
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq 24 yanvar 2020-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallardan və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərlərindən ibarət “Şəhid Şəhər” adlı sərgi təşkil edilir. Sərgi 27 fevral 2020-ci il tarixədək davam edəcəkdir.
Həftə içi saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri 10:00-dan 18:00-dək gəlib sərgiyə baxa bilərsiniz.